"Vampir gündəlikləri" serialı ilə tanınan aktyor Pol Uesli ailə həyatı qurub.
Axşam.az xəbər verir ki, aktyorun sevgilisi, model Natali Kukenberq toy fotolarını sosial şəbəkə hesabında paylaşıb.
O, paylaşımına "Cənab və xanım" sözlərini yazıb.
Qeyd edək ki, Pol Uesli və Natali Kukenberq 2022-ci ildən münasibətdə idi.