ARB TV yeni mövsümdən tam fərqli olacaq

ARB TV yeni mövsümdən tam fərqli olacaq
223 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin bu mövsümdən etibarən formatı dəyişir. 

Axşam.az xəbər verir ki, bu haqda "ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov "Media masası" layihəsində deyib. O bildirib ki, kanal yeni televiziya mövsümündən tam fərqli formatda fəaliyyət göstərəcək.

"ARB TV-də yeniliklər olacaq. Bütün region həyatı qarış-qarış, məhlə-məhlə öz əksini tapacaq" deyə, icraçı direktor bildirib. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, ARB TV-də şou xarakterli verilişlərin hamısı bağlanacaq. Yeni mövsümdə şou verilişlər kanalda olmayacaq.