Müğənni Yıldız Tilbe Alaçatıda verdiyi konsertdə sərgilədiyi rəqs performansı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, səhnəyə çıxan ilk andan etibarən enerjisi ilə tamaşaçıları coşduran sənətçi sevilən mahnılarını səsləndirib. Tilbə konsert boyunca özünəməxsus rəqs hərəkətləri ilə izləyicilərin marağına səbəb olub.
Müğənninin səhnədə ritmə uyğun sərgilədiyi fərqli rəqs performansı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konserti izləyənlər həmin anları mobil telefonları ilə lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.
Qısa zamanda yayılan videolar sosial mediada geniş müzakirələrə səbəb olub.