DYP Hacıqabuldakı qəza ilə bağlı məlumat yaydı - Yenilənib

DYP Hacıqabuldakı qəza ilə bağlı məlumat yaydı - Yenilənib
464 dəfə oxunub
  • A-
  • A
  • A+

Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

Axşam.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb.

Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.

***

Baş Dövlət Yol Polisi İdarəsi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

Bildirilib ki, hadisə 12 iyul tarixində, saat 05:15-də Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində qeydə alınıb.

Alqışov Ramil Bilal oğlunun idarə etdiyi "Yutong" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə holun sol kənarındakı beton arakəsmələrə dəyib. Daha sonra aşıb.

Hadisə nəticəsində 2 nəfər - Osmanova Səbinə Paşa qızı və Qurbanzadə Ayxan Yusif oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.