"Taşacak bu deniz" serialında rol alan aktyorlar Erdem Şanlı ilə Naz Sayınerin sevgili olduğu iddia edilib.
Axşam.az xəbər verir ki, şayiələrin yaranmasına səbəb cütlüyün Kaşda birgə istirahətə yollanması olub.
Bundan başqa, Erdemlə Nazın səmimi görüntüləri də sosial mediada yayılıb.
Qeyd edək ki, Erdem "İso", Naz isə "Esme"nin gəncliyinə həyat verir. Erdemin daha əvvəl sözügedən layihədə aktrisa Hande Nur Tekin və Zeynəb Atılqanla sevgili olduğu da iddia edilib.

