Model Cici Hadid aktyor Bredli Kuperlə birlikdə çəkilən romantik fotolarını izləyiciləri ilə bölüşüb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlük Paris səfəri zamanı Sena çayı üzərindəki körpüdə günbatımı fonunda obyektiv qarşısına keçib. Paylaşılan fotolarda onların səmimi anları diqqət çəkib.
Digər şəkildə isə Cici və Bredli otelin liftində selfi çəkdirib. Model başını aktyorun çiyninə söykəyərək poz verib.
Paris səfəri Cici üçün başqa bir səbəbdən də əlamətdar olub. Belə ki, o, dörd illik fasilədən sonra Paris Haute Couture Həftəsinə qayıdaraq "Balenciaga"nın nümayişində podiuma çıxıb. Model qara lələklərlə bəzədilmiş geyimi ilə diqqət çəkib.
Qeyd edək ki, Cici Hadid və Bredli Kuperin münasibəti təxminən üç ildir davam edir. Cütlük Parisə yollanmamışdan əvvəl müğənni Taylor Svift və Travis Kelcenın toy mərasimində iştirak edib.