Müğənni Günel Zeynalova yaşadığı Xəzər rayonu ərazisində yolların pis vəziyyətdə olmasından şikayətlənib.
Axşam.az xəbər verir ki, sənətçi yağış yağanda isə yolların keçilməz hala gəldiyini bildirib. Xəzər Rayonu İcra Hakimiyyətinin nümayəndələrinə səslənən Günel bunları deyib:
"Xəzər Rayonu İcra Nümayəndələrindən xahiş edirəm: yollarımız çuxurdur, gedilməz haldadır. Yağışdan sonra da fəsadlar yaranıb. Gedib çatmaq olmur. O dəfə yağış yağanda başqa küçəyə girdim, qonşu üçün pis oldum ki, insan evə necə girəcək. Bu, mənim üçün də keçərlidir. Xahiş edirəm, yollara baxasınız, gəlib düzəldəsiniz".