Haluk Levent barəsində 990 milyonluq qumar iddiası

Haluk Levent barəsində 990 milyonluq qumar iddiası
108 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli müğənnisi Haluk Levent təsisçisi olduğu "Ahbap" dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində Bursada saxlanılıb.

Axşam.az-ın türk mediasına istinadən məlumatına görə, ifaçı dərnəyin qanunun tələblərini pozmaq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq və cinayət təşkilatına üzv olmaq maddələri ilə ittiham olunur.

İddia olunur ki, Haluk 2020–2026-cı illər ərzində ümumilikdə 990 milyon türk lirəsi (təxminən 36 milyon manat) məbləğində qumar oynayıb və həmin pulun 390 milyon lirəsini (təxminən 14 milyon manat) itirib.

Bundan başqa, iddiaya görə, "Ahbap" dərnəyinin hesabından müğənninin köməkçisi Yeliz Kayanın hesabına 120 milyon türk lirəsi (təxminən 4 milyonmanat) köçürülüb. Bu da dərnəyin adından istifadə edərək 60 milyon dollarlıq zərərə gətirib çıxarıb.

Qeyd edək ki, Haluk Almaniyaya getmək üçün hava limanına yollanıb və bilet alıb. Lakin ölkədən çıxışına qadağa qoyulduğunu öyrəndikdən sonra evinə qayıdıb. Müğənni daha sonra telefonlarını söndürərək İzmir istiqamətində hərəkət edib və Bursa şəhərində saxlanılıb.