Vüsalə Əlizadə yeni yaşını bu sözlərlə qeyd etdi

Vüsalə Əlizadə yeni yaşını bu sözlərlə qeyd etdi
222 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Vüsalə Əlizadə doğum günü münasibətilə sosial şəbəkədə paylaşım edib.

Axşam.az xəbər verir ki, iyulun 12-də yeni yaşını qeyd edən aparıcı onu təbrik edən hər kəsə təşəkkürünü bildirib. Vüsalə paylaşımında bunları yazıb:

"12 iyul tarixi mənim dünyaya gəldiyim gündür. Amma illərdir məni üç gün əvvəldən təbrik edir, doğum günümdən sonra da xoş arzularınızı əsirgəmirsiniz. Bu sevgi və bu dəyər üçün hər birinizə sonsuz təşəkkür edirəm.

Mən sevgi ilə yaşayan, təşəkkür etməyi sevən, dilində və qəlbində daim şükür olan insanam. Buna görə də Allahıma şükür edirəm. Yeni yaşımda özümə sağlam can, bərəkətli ruzi, ailəm, övladım və sevgimlə birlikdə hüzur arzulayıram.

Dövrümüz dəyişir, dünya süni intellektlə yenilənir, öyrənir və inkişaf edir. Mən də dostlarımın bu doğum günü üçün hazırladığı hədiyyəni sizə təqdim edirəm. Hər günümüzün gözəl xatirələrə çevrilməsi diləyi ilə...".

Qeyd edək ki, Vüsalənin Dilək adlı bir qız övladı var.