"Marvel" seriallarında Madam Qao obrazı ilə tanınan aktrisa Vay Çin Ho vəfat edib.
Axşam.az xəbər verir ki, aktrisa 83 yaşında dünyasını dəyişib. Onun ölümünə səbəb insult olub.
Qeyd edək ki, Vay Çin Ho "Marvel"in "Dəlisov", "Dəmir yumruq" və "Müdafiəçilər" seriallarında Nyu-Yorkda heroin ticarəti ilə məşğul olan nüfuzlu cinayətkar Madam Qao obrazını canlandırıb.
Aktrisanın kino karyerası 1990-cı ildə "Cadillac Man" filmində epizodik rolla başlayıb.