Türkiyəli sosial media fenomeni Danla Biliç təcili əməliyyat olunacaq.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, fenomen illər əvvəl etdiyi omba böyütmə əməliyyatından sonra yaranan ciddi infeksiya səbəbindən səhər saatlarında xəstəxanaya yerləşdirilib. Bildirilib ki, infeksiya bütün bədənə yayılıb və tikişlərdən sızıb. Vəziyyətinin kritik olduğu açıqlanıb. Danlanın təcili əməliyyat olunacağı iddia edilib.
Fenomenin rəsmi sosial media hesabında hələlik bununla bağlı paylaşım edilməyib.
Qeyd edək ki, Danla Bilic bədənindəki dolğuları çıxartdırmaq üçün 5 dəfə əməliyyat olunub. O, daha əvvəl estetiklərinə 300 min dollar xərcləyini deyib.