Atasının ad günü təbriki Əməkdar artisti kövrəltdi - Video

Atasının ad günü təbriki Əməkdar artisti kövrəltdi - Video
400 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Arzu Əliyevanın ad günüdür.

Axşam.az xəbər verir ki, muğam ifaçısının özəl günü “Qonaqcanlı” verilişində qeyd edilib. Proqram zamanı Arzu Əliyevanın atası Qurban Əliyev qızı ilə bağlı ürək sözlərini bölüşüb. O, övladını gələcəkdə pedaqoq kimi görmək arzusunda olduğunu bildirib. Qurban Əliyev həmçinin bir vaxtlar özünün də ifaçılıqla məşğul olduğunu, lakin sonradan səsini itirdiyini deyib.

Atasının səmimi sözləri Arzu Əliyevanı kövrəldib.

Daha sonra Qurban Əliyevin qızı üçün hazırlatdığı xüsusi hədiyyə təqdim olunub. O, Arzu Əliyevanın fotosunun əks olunduğu xalça hazırlatdıraraq verilişə göndərib.