TRT Azərbaycan rəhbərliyində dəyişiklik etdi

TRT Azərbaycan rəhbərliyində dəyişiklik etdi
114 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin dövlət televiziya və radio qurumu TRT-nin Azərbaycan nümayəndəliyində rəhbər dəyişikliyi baş verib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, Sefa Burak Bozyel TRT-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunub.

O, bu təyinata qədər "TRT Haber"in koordinator müavini vəzifəsində çalışıb. Yeni təyinatla fəaliyyətini Bakı şəhərində davam etdirəcək.

Xatırladaq ki, TRT-nin Azərbaycan nümayəndəliyinə bundan əvvəl Murat Akkoç rəhbərlik edirdi.