"Gangnam Style"dan yeni rekord

"Gangnam Style"dan yeni rekord
200 dəfə oxunub
  • A-
  • A
  • A+

Cənubi koreyalı müğənni Psy-ın (əsl adı Pak Çe San) məşhur "Gangnam Style" klipi yutubda 6 milyard baxış sayını keçib.

Axşam.az xəbər verir ki, bu barədə "Billboard" məlumat yayıb.

2012-ci ildə yayımlanan klip bu göstəriciyə çatan ilk K-pop videosu olub. Rejissoru Ço Su Hyon olan ekran işi yayımlandıqdan sonra qısa müddətdə dünya üzrə məşhurlaşıb.

"Gangnam Style" yutub tarixində 1 milyard baxışı keçən ilk video kimi də tarixə düşüb. Klip bu həddə yayımlandıqdan 159 gün sonra çatıb. Mahnı 2012-ci ildə "Billboard Hot 100" siyahısında ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, 2025-ci ildə Psy və onun həkimi ilə bağlı araşdırma aparıldığı açıqlanıb. İddiaya görə, ifaçı 2022-ci ildən etibarən asılılıq riski yüksək olan bəzi dərmanları üçüncü şəxslər vasitəsilə əldə edib. Psy-ın nümayəndələri isə bu iddiaları təkzib edib.