"Özümü tənha hiss edirəm" - Coni sevgisizlikdən şikayətləndi

"Özümü tənha hiss edirəm" - Coni sevgisizlikdən şikayətləndi
149 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) "DreamFest" musiqi festivalının firuzəyi xalçasında valideynləri ilə birlikdə görüntülənib.

Axşam.az xəbər verir ki, sənətçi tədbirə anası və atası ilə qatılıb, media nümayəndələrinin suallarını cavablandırıb.

Maraqlı konsert rayderindən danışan Coni çıxış etdiyi tədbirlərdə mütləq fen tələb etdiyini deyib:

"Səhnədən sonra tərləyirsən və dərhal müsahibə verməlisən. Mən də mütləq sərinləmək üçün fen istəyirəm."

Şəxsi həyatı ilə bağlı sualı cavablandıran ifaçı isə səmimi etirafı ilə diqqət çəkib:

"Tez-tez özümü tənha hiss edirəm. Allah insanı yaradanda onun yanında valideynini, dostunu yox, həyat yoldaşını yaradıb. İstəyirsən ki, kiminləsə səyahətə çıxasan, gözəl anlar yaşayasan, nələrisə bölüşəsən. Dostlarla oturursan, hamı xanımı ilə ayrılıb gedir. Sən də bunu istəyirsən."