CeyLo üçün ən cazibədar kişi obrazı

CeyLo üçün ən cazibədar kişi obrazı
227 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni və aktrisa Cennifer Lopez kişilərdə ən cazibədar hesab etdiyi xüsusiyyəti açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi Siciliyada keçirilən "Dolce & Gabbana" dəfiləsində çıxışı zamanı bu barədə danışıb.

"Bu, nə bahalı saatdır, nə avtomobil, nə də şəxsi təyyarə. Bunlar xoşdur, amma əsl cazibə kişinin səhər yatağını yığması və ya axşam yorğun olanda qabları yumasıdır" deyə, Lopez bildirib.

İfaçı əlavə edib ki, qadınlar çox vaxt bütün işləri öz üzərinə götürür və məişətdə göstərilən dəstək onun üçün əsl sevgi jestidir.

Qeyd edək ki, Cennifer Lopez bu günlərdə 57 yaşını qeyd edib. O, ad günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edərək həyatında yeni mərhələdən zövq aldığını vurğulayıb. Müğənni ötən il aktyor Ben Afflekdən boşandıqdan sonra verdiyi müsahibələrdə ürək ağrılarının onu daha da gücləndirdiyini söyləmişdi.