Aygün Kazımovadan festival şousu - Xüsusi hazırlanan geyimlər, möhtəşəm rəqslər

Aygün Kazımovadan festival şousu - Xüsusi hazırlanan geyimlər, möhtəşəm rəqslər
191 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova “DreamFest” beynəlxalq musiqi festivalının bağlanış gecəsində möhtəşəm səhnə performansı ilə diqqət mərkəzində olub.

Axşam.az xəbər verir ki, Pop kraliça əvvəlcə festivalın firuzəyi xalçasında cazibədar görünüşü ilə kameraların qarşısına keçib. Müğənni dünyaşöhrətli modelyer Rüfət İsmayılın imzasını daşıyan qara, uzun və zərif libası ilə gecənin ən çox danışılan obrazlarından birinə çevrilib. Onun saç düzümü stilist Günəş Nur, makiyajı isə Roma tərəfindən hazırlanıb.

Daha sonra səhnəyə çıxan Aygün Kazımova üç hit mahnısını səsləndirib. Diva "Məclis, "S.O.S", "Onun adı nə idi?" hitlərini yeni aranjimanda təqdim edib. Güclü canlı ifası ilə yanaşı, peşəkar rəqqaslarla təqdim etdiyi dinamik rəqs şousu festival iştirakçılarına unudulmaz anlar yaşadıb. Müasir xoreoqrafiya, möhtəşəm səhnə enerjisi və vizual performans tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Səhnə üçün rəngarəng geyim seçən ölkənin əsas ulduzu özü də rəqsi ilə sevənlərinin diqqətini çəkib. Festival iştirakçıları mahnıları Pop kraliça ilə bir oxuyublar.

Aygün Kazımova 50 nəfərə qədər heyətlə "DreamFest"ə hazırlaşıb. O, festivalın ən parlaq şousunu göstərən ulduz olub.