Küləkli hava nə vaxta qədər davam edəcək?

Küləkli hava nə vaxta qədər davam edəcək?
289 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır.

Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.

Qurumun məlumatına görə, küləkli hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.