Eminin xanımının festival tərzi - Fotolar

Eminin xanımının festival tərzi - Fotolar
435 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Emin Ağalarovun həyat yoldaşı Alyona Qavrilova "DreamFest" beynəlxalq musiqi festivalında zövqlü seçimləri ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, Alyona festivalın firuzəyi xalçasında bir neçə fərqli obrazda görüntülənib.

Tədbirin ilk günü model pudra rəngli, qaş detalları ilə bəzədilən zərif geyim seçib. İkinci gün isə o, "Ferragamo" brendinə məxsus uzun libasla kamera qarşısına keçib.

Alyona növbəti festival günündə isə qara rəngli qısa geyimə üstünlük verib. O, hər üç obrazını brilyant zinət əşyaları ilə tamamlayıb.