"Utanıram, ailəm dağıldı, depressiyaya düşdüm" - Video

"Utanıram, ailəm dağıldı, depressiyaya düşdüm" - Video
507 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Səbinə Babayeva uzun müddət efirdən uzaq qalmasının səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, müğənni bu barədə "Günə uğurla" verilişində danışıb. Sənətçi bildirib ki, şəxsi həyatında yaşadığı çətinliklər səbəbindən yaradıcılığına uzun müddət fasilə verməli olub:

"Həyatımda fasilə oldu. Şəxsi həyatımla bağlı idi. Təxminən 10 il səhnədən uzaq qaldım. Onun üç il yarımını Moskvada yaşadım. İki ildir qayıtmışam və hər şeyi sıfırdan başlayıram. Bu, çox çətindir. Düşünməzdim ki, tanınmış müğənni, Əməkdar artist belə unudular. Adam efirdə olmayanda unudulur".

İfaçı ailəsinin dağılmasının ona ağır təsir etdiyini etiraf edib:

"Getməyə çarəm yox idi. Ailəmlə bağlı psixoloji gərginlik yaşadım. Elə bir vəziyyətə çatmışdım ki, sıfırlanmağa ehtiyacım var idi. Danışmağa utanıram, amma məcburam. Qismətim belə gətirdi ki, boşandım, ailəm dağıldı. Bu, mənə çox pis təsir etdi. Özümdə deyildim, depressiyada idim. Musiqini də düşünmürdüm".

S.Babayeva bildirib ki, ən ağır günlərində ona güc verən oğlu olub:

"Məni sağ saxlayan oğlum oldu. Onun üçün ayaqda qalmalı idim. Bilirdim ki, yeməyini hazırlamalıyam, qayğısına qalmalıyam. Həm də məsuliyyətlərim, borclarım var idi. Ailə üçün hörmət çox vacibdir. Amma sevgi olmayanda hörmət də olmur. Biz düşmən kimi yox, dost kimi ayrıldıq. Övladımı atasından məhrum edə bilmərəm. Onlar görüşür, gəzməyə gedirlər".

Qeyd edək ki, müğənni rejissor Cavidan Şərifovla ailəli olub.