Samirə Əfəndi Alla Puqaçova ilə bir arada - Foto

Samirə Əfəndi Alla Puqaçova ilə bir arada - Foto
251 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi Latviyanın Yurmala şəhərində keçirilən Layma Vaykule festivalında Rusiyanın Xalq artisti Alla Puqaçova ilə görüşüb.

Axşam.az xəbər verir ki, o, görüşdən fotonu sosial şəbəkə hesabında paylaşaraq bunları yazıb:

“Böyük Alla Borisovna Puqaçova ilə tanış olmaq və söhbət etmək mənim üçün xoşbəxtlik oldu. Əfsanəvi sənətçi, inanılmaz istedad və xüsusi enerjiyə malik insan. Sizin qarşınızda çıxış etmək mənim üçün böyük şərəf idi. Bu axşamı uzun müddət xatırlayacağam”.