Nazir Anarla görüşdü - Fotolar

Nazir Anarla görüşdü - Fotolar
148 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarla görüşüb.

Bu barədə Axşam.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkədə ədəbi prosesin inkişafı, müasir Azərbaycan ədəbiyyatının dəstəklənməsi, kitabxana işinin təkmilləşdirilməsi, mütaliə mədəniyyətinin təşviqi, gənc yazarların yaradıcılıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı həmçinin dövlət sifarişli filmlər üçün ədəbi əsərlərin seçilməsi, ssenarilərin yazılması, Azərbaycan ədəbiyyatının təbliği, görkəmli ədiblərin həyat və yaradıcılığına həsr olunan filmlərin çəkilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 

Tərəflər dövlət və ictimai institutlar arasında əməkdaşlığın gücləndirilməsinin milli ədəbiyyatın inkişafına və cəmiyyətin mədəni həyatının zənginləşməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.