"Prime Video" məşhur "Robokop" franşizasının serial versiyasını hazırlayır.
Axşam.az xəbər verir ki, platforma layihənin ilk mövsümünü sifariş edib. Serial 8 bölümdən ibarət olacaq.
Süjetdə texnologiya şirkətinin polisə robot daxil etməsi və onun içində həlak olmuş qəhrəman zabitin şüurunun yerləşdirilməsi göstəriləcək.
Qeyd edək ki, "Robokop" ilk dəfə 1987-ci ildə Pol Verhovenin filmi ilə məşhurlaşıb. Yeni serialın yayımlanma tarixi hələ açıqlanmayıb.