İrina Şeyk özündən 11 yaş kiçik basketbolçu ilə sevgilidir - Foto

İrina Şeyk özündən 11 yaş kiçik basketbolçu ilə sevgilidir - Foto
198 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur model İrina Şeykin şəxsi həyatı ilə bağlı yeni iddia yayılıb.

Axşam.az xəbər verir ki, rusiyalı modelin NBA ulduzu Devin Bukerlə görüşdüyü iddia olunub. Məlumata görə, 40 yaşlı supermodel və basketbolçu ABŞ-ın Nyu-York ştatında yerləşən Şərqi Hempton bölgəsindəki restoranda birlikdə şam edib. Bildirilib ki, İrina və Devin masa arxasında səmimi söhbət ediblər. Model paparassilərdən yayınmaq üçün restorandan ayrı çıxıb.

İddialara görə, İrina Şeyk basketbolçudan 11 yaş böyükdür. Devin Buker daha əvvəl model Kayli Cennerlə münasibətdə olub.

Qeyd edək ki, İrina Şeykin Hollivud aktyoru Bredli Kuperlə münasibətindən Leyya adlı qızı var. Model daha əvvəl futbolçu Kriştiano Ronaldo ilə də sevgili olub. Cütlük 2010-2015-ci illərdə münasibət yaşayıb.