Cananı görə bilmir?

Cananı görə bilmir?
357 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova onun qızı ilə bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, o, "Qonaqcanlı" proqramında mərhum sənətçinin övladı Cananı görə bilmədiyini deyib. Z.Hümbətova bildirib ki, uşağın vəziyyəti ilə maraqlanır, lakin görüşməyə vaxt tapmır:

"Görə bilmirəm. Məktəb vaxtı olanda şəhərdə qalır. İndi tətildir. Şərait var, amma görə bilmirəm. Vaxtım olmur. Yaxşıdır, tez-tez maraqlanıram. Görməsəm də maraqlanıram".

Qeyd edək ki, Zümrüd bir müddət əvvəl bacıları ilə danışmadığını açıqlamışdı.