Güclü külək nə vaxt səngiyəcək?

Güclü külək nə vaxt səngiyəcək?
158 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.