Dubaylı iş adamı həyat yoldaşından üzr istəmək üçün milyonluq malikanə alıb.
Axşam.az xəbər verir ki, Dubayda lüks avtomobil salonunun sahibi olan iş adamı həyat yoldaşı ilə yaşadığı mübahisədən sonra diqqətçəkən addım atıb.
Məlumata görə, cütlük bir müddət ayrı qaldıqdan sonra kişi ailəsini yenidən bir araya gətirmək üçün Dubayın ən prestijli yaşayış məhəllələrindən birində yerləşən 8,2 milyon dollar dəyərində malikanə alaraq həyat yoldaşına hədiyyə edib.
Xüsusi hovuzu, geniş bağı və müasir memarlığı ilə seçilən lüks malikanənin yeni doğulan övladları ilə birlikdə ailəyə "üzr hədiyyəsi" kimi təqdim olunduğu bildirilib.