Dilan Polat haqqında istintaq başladıldı

Dilan Polat haqqında istintaq başladıldı
200 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial media fenomeni Dilan Polat barəsində yeni istintaq başladılıb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Bakırköy Baş Prokurorluğu Dilan Polatın kommersiya fəaliyyəti çərçivəsində dələduzluq etdiyi iddiası ilə yeni araşdırmaya başlayıb.

Qeyd edək ki, Dilan Polat və həyat yoldaşı Engin Polat daha əvvəl cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması, təşkilat yaratmaq və qanunsuz mərc oyunları ilə bağlı ittihamlarla həbs edilmişdi. Cütlük 9 aydan çox həbsdə qaldıqdan sonra məhkəmə nəzarəti şərtilə azadlığa buraxılıb.