Müğənni Castin Biber özünün "Skylrk" brendi altında audio cihazlar xəttini təqdim etməyə hazırlaşır.
Axşam.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında məlumat verib.
“Skylrk Audio"nun təqdimatına çox az qalıb. Yenilikləri izləyin” deyə, sənətçi paylaşımında bildirib. O, məhsulların satışa çıxacağı tarixi isə açıqlamayıb.
Yeni kolleksiyaya ev və portativ dinamiklər, həmçinin qulaqlıqlar daxil olacaq. Qurğular brendin özünəməxsus üslubunu əks etdirən parlaq rənglərdə təqdim ediləcək.
Qeyd edək ki, "Skylrk" bundan əvvəl əsasən geyim və aksessuar məhsulları istehsal edib.
