Nəsrinin serialına görə kanal cərimələndi

Nəsrinin serialına görə kanal cərimələndi
322 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) ölkədə yayımlanan bir çox kanalı cərimələyib.

Axşam.az xəbər verir ki, cəzalandırılan kanallar arasında NOW TV və Kanal D də yer alıb.

"Halef: Köklerin Çağrısı" serialındakı şiddət səhnələrinə görə NOW TV-yə 1 faiz inzibati cərimə tətbiq edilib. Eyni zamanda "Daha 17" adlı ekran işindəki səhnələr uşaqların və gənclərin inkişafına zərərli hesab olunub və Kanal D cərimələnib.

Qeyd edək ki, "Daha 17" serialında Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə rol alır.