Siqaret çəkmək beynin boz maddəsinin həcmini azaldır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tütün tüstüsü damarların daralmasına səbəb olur, nəticədə beyində qan dövranı və toxumaların oksigenlə təminatı pisləşir. Zaman keçdikcə bu proses neyronların fəaliyyətini zəiflədir, beynin daha tez yorulmasına və daha yavaş bərpa olunmasına gətirib çıxarır.
Nevroloqlar bildirir ki, bunun nəticəsində siqaret çəkən şəxslərdə diqqət, işçi yaddaş, qərarvermə qabiliyyəti, həmçinin düşünmə sürəti və çevikliyi zəifləyir.
Həmçinin uzunmüddətli siqaret çəkmə demensiya (ağıl zəifliyi) riskini əhəmiyyətli dərəcədə artırır. Mütəxəssislər siqaretin təkcə ağciyərlərə deyil, həm də beynin sağlamlığına ciddi mənfi təsir göstərdiyini vurğulayıb.