Sonuncu dəfə "Ömer" serialında çəkilən türkiyəli aktrisa Zerrin Sümerin yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktrisa "Ömür Usta" serialında rol alacaq. O, layihədə “Müzeyyen” obrazını canlandıracaq.
Qeyd edək ki, serialın baş rolları Nurgül Yeşilçay, Qonca Vuslateri və Bülent İnala həvalə edilib.
