Artıq heç kimlə selfi çəkdirməyəcək

Artıq heç kimlə selfi çəkdirməyəcək
180 dəfə oxunub
  • A-
  • A
  • A+

“Oskar” mükafatı laureatı Şon Penn artıq heç bir halda selfi çəkdirməyəcəyini açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.

Şon Penn bildirib ki, insanların məşhurlarla selfi çəkməsi düzgün deyil və bunu cəmiyyətin bəlası adlandırıb.

“İnsanlar heç vaxt heç kimlə selfi etməməlidir. Bu, hamı üçün zərərlidir. Hətta soyqırımdan sağ çıxmış bir nənəyə və əlil arabasında olan altı yaşlı nəvəsinə belə yox deyərəm” deyə, aktyor vurğulayıb.

Onun sözlərinə görə, o, özünü “Mona Liza” tablosu kimi yalnız şəkil çəkdirmək üçün baxılan bir obyektə çevirmək istəmir. Şon Penn həmçinin kütləvi tədbirlərdən uzaq durduğunu, izdihamın onda narahatlıq hissi yaratdığını deyib.

Qeyd edək ki, martın əvvəlində Şon Penn Ukrayna Silahlı Qüvvələrinin 157-ci briqadasının hərbçiləri ilə görüşmüşdü. Görüşdən fotolar briqadanın sosial şəbəkə hesablarında paylaşılmışdı.

Martın 15-də keçirilən 98-ci “Oskar” mərasimində aktyor “Battle for Battle” filmində ikinci plan roluna görə üçüncü dəfə mükafata layiq görülüb.

Daha sonra Ukrayna Dəmir Yollarının nümayəndələri ona döyüşlər zamanı zədələnmiş vaqonun metalından hazırlanan xüsusi “Oskar” heykəlciyi hədiyyə ediblər.