Restoranda pişiyinə yemək yedizdiriyi üçün yazılan tənqidlərə cavab verdi

Restoranda pişiyinə yemək yedizdiriyi üçün yazılan tənqidlərə cavab verdi
385 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva günlər əvvəl tənqid olunan videosuna aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, "Öz aramızda" verilişinə qatılan sənətçi restoranda pişiyinə yemək verdiyi üçün onu təqnid edənlərə cavab verib. Ayan bildirib ki, pişiyinin öz yemək qabı var:

"Bəli, ola bilər lüks restorandı. Amma hər kəsin otura biləcəyi yerdir. Mənim pişiyimdən başqa orada digər heyvanlar da var. Pişiyimin öz qabı, qaşığı var. Araşdırsalar, pişiklərin dilində mikrobları öldürən maddə olduğunu bilərlər. Onun heç kimə ziyanı yoxdur. Mənim üçün necə övladım, eləcə də Qraf. Biz restoranın heç bir qabından istifadə etməmişik. Öz qaşığı ilə yumurtanın üstündən götürüb yedizdirdim".

Aparıcı İsa Şükürovun pişiyinin qiyməti ilə bağlı sualına Ayan "Qiyməti 3 min manatdan başlayır. Hər kəsin ala biləcəyi bir qiymətədir. Ailəmizin bir üzvüdür. Mənim üçün başqa bir dünyadır" cavabını verib.