Xalq artisti Faiq Ağayev 35 il sonra “Gəl, gülüm” mahnısını yeniləyib.
Axşam.az xəbər verir ki, müğənni 1991-ci ildə işıq üzü görən və böyük maraqla qarşılanan layihənin remeyk versiyasını təqdim edib. “Gəl, gülüm” mahnısının musiqisi İlham Abdullayev, sözləri isə Səlim Həqqiyə məxsusdur. Mahnını yenidən Jamal Mahmud aranjiman edib.
Remeyk versiyada solo partiyanı gənc ifaçı Rabil Səfərli səsləndirib. Müasir musiqi elementləri ilə zənginləşdirilən yeni versiya orijinal əsərin ruhunu qorumaqla yanaşı, yeni nəslin musiqi zövqünə uyğun şəkildə təqdim edilib.