Dünyanın ilk trilyoneri oldu

Dünyanın ilk trilyoneri oldu
233 dəfə oxunub
  • A-
  • A
  • A+

54 yaşlı İlon Mask tarixə düşərək dünyanın ilk trilyoneri olub.

Axşam.az xəbər verir ki, kosmik texnologiyalar şirkəti “SpaceX”in rekord həcmli ilkin kütləvi səhmləşməsi (IPO) nəticəsində iş adamının sərvəti 1 trilyon dollar həddini aşıb. Hazırda Maskın xalis sərvəti 1,1 trilyon dolları keçib.

Bildirilib ki, Maskın sərvətinin əsas hissəsi “SpaceX”dəki payından formalaşır. Şirkətdəki səhmlərinin dəyəri təxminən 866 milyard dollardır. “Tesla” və digər biznes aktivləri də nəzərə alındıqda, sahibkarın sərvəti trilyon dollarlıq həddi ötüb.