Leyla Şıxlinskaya ilə fotosunu paylaşıb, bunları yazdı

Leyla Şıxlinskaya  ilə fotosunu paylaşıb, bunları yazdı
333 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Bəhram Bağırzadə Xalq artisti Leyla Şıxlinskaya ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, o, aktrisanın doğum günü münasibətilə sosial şəbəkə hesabında ona təbrik ünvanlayıb.

B.Bağırzadə paylaşımında Leyla Şıxlinskayanı Azərbaycanın ən parlaq və sevilən aktrisalarından biri adlandıraraq, onun sənətkarlığından, yüksək mədəniyyətindən və ziyalılığından yazıb:

"Bu gün Azərbaycanın ən parlaq və sevilən aktrisalarından biri - Leyla Şıxlinskayanın doğum günüdür. İstedadlı aktrisa, zərif xanım, yüksək mədəniyyət və ziyalılıq nümunəsi olan Leyla xanım uzun illərdir ki, yaratdığı unudulmaz obrazlarla tamaşaçıların qəlbində xüsusi yer tutur. Onun sənətkarlığı, gözəlliyi, intellekti və cazibəsi bir neçə nəslin sevgisini qazanıb. Leyla xanımı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxtlik, ailə səadəti, ruh yüksəkliyi və yeni yaradıcılıq uğurları arzulayıram.

Qoy həyatınız sevinc, sevgi və gözəl insanlarla əhatə olunsun, tamaşaçı məhəbbəti isə sizi daim müşayiət etsin. Ad gününüz mübarək, əziz Leyla xanım! Həyatınız yaratdığınız obrazlar qədər parlaq, zəngin və yaddaqalan olsun".