Məşhur britaniyalı rəssam Devid Hokni vəfat edib.
Axşam.az xəbər verir ki, rəssam ötən gün 88 yaşında evində dünyasını dəyişib.
Qeyd edək ki, Hokninin adı son on ilin ən yaxşı 10 rəssamı arasında yer alıb. Hokni ən bahalı müasir rəssamlardan biri olub. Belə ki, 2018-ci ildə onun "Rəssamın portreti (İki fiqurlu hovuz)" adlı ikonik rəsmi hərracda 90,3 milyon dollara satılıb.