"Kurtlar Vadisi" başlayanda bacılarım məni evdən qovurdular".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın sosial şəbəkə hesabında yazıb. Sənətçi uşaqlıq xatirələrini izləyiciləri ilə bölüşüb. O bildirib ki, seriallara baxanda ən kədərli məqamda güldüyü üçün bacıları onu evdən qovurmuş.
"Siz də ailə ilə oturub film izləyəndə ən ağlamalı yerində hamı ağlayarkən bir-bir onların sifətinə baxıb, qəfil gülürdünüz" deyə, F.Laçın izləyicilərinə sual ünvanlayıb.
