Bağda işləyənlər bunu bilmir

Bağda işləyənlər bunu bilmir
137 dəfə oxunub
  • A-
  • A
  • A+

Bağ və həyət işləri bir çox hallarda gündəlik fiziki aktivlik və idman məşqlərinə bərabər enerji sərfi yaradır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, alaq otlarının təmizlənməsi və bitkilərin əkilməsi zamanı ayaq və qarın-korpus əzələləri aktiv şəkildə işləyir. Vedrə və kisələrin daşınması isə əsasən qol, çiyin və bel əzələlərinə ciddi yük düşməsinə səbəb olur.

Ən çox enerji sərf etdirən fəaliyyət isə torpağın bellə qazılmasıdır. Bildirilir ki, bu proses zamanı bir saat ərzində təxminən 600 kaloriyə qədər enerji sərf oluna bilər ki, bu da intensiv idman məşqi ilə müqayisə edilir.

Ekspertlər eyni zamanda xəbərdarlıq ediblər ki, bağ işləri zamanı düzgün hərəkət texnikasına riayət etmək, beli həddindən artıq yükləməmək, mütəmadi fasilələr vermək və xüsusilə isti havalarda kifayət qədər maye qəbul etmək vacibdir.