Əməliyyatdan sonra onu Maykl Ceksona bənzətdilər

Əməliyyatdan sonra onu Maykl Ceksona bənzətdilər
201 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Filipp Kirkorov son günlər xarici görünüşündə etdiyi dəyişikliklərlə yenidən gündəmə gəlib.

Axşam.az xəbər verir ki, müğənninin paylaşdığı yeni fotolar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusilə onun burnunun formasındakı dəyişiklik izləyicilərin diqqətindən yayınmayıb. Bir çox istifadəçi Kirkorovun yenidən plastik əməliyyat etdirdiyini iddia edib.

Sosial şəbəkə istifadəçiləri müğənninin burnunu mərhum pop ulduzu Maykl Ceksonun burnu ilə müqayisə edərək, onun Ceksona bənzədiyini yazıblar.

Filipp Kirkorov daha əvvəl plastik əməliyyat etdirdiyini etiraf etsə də, jurnalistlərin bu mövzu ilə bağlı suallarını cavabsız qoyub.