Onların da övladları məzun oldu - Video

Onların da övladları məzun oldu - Video
543 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda "Son zəng"dir. 

Axşam.az-ın məlumatına görə, bir çox məşhurun övladı orta məktəbi bitirir. 

Aparıcı Lamiyə Ələkbərovanın oğlu Nicat 11-ci sinfi bitirib. Aparıcı övladının "Son zəng"indən görüntüləri yayımlayaraq, ona uğurlar arzulayıb. 

Modelyer, iş xanımı Elnarə Bəkirovanın da oğlu Ömər 11-ci sinfi başa vurub. Övladının "Son zəng"inə qatılan Elnarə görüntüləri sosial şəbəkədə paylaşıb. 

Aparıcı Mətanət Əliverdiyevanın da oğlu Əli 11-ci sinfi bu il başa vurub. Aparıcı oğlunun fotosunu yayımlayaraq "Nə tez böyüdün. Səni təbrik edirəm" sözlərini yazıb.