Bu gün Azərbaycanda “Son zəng” günüdür.
Axşam.az xəbər verir ki, bir çox məktəbdə 11-ci sinfi başa vurub yeni həyata addım atan şagirdlər üçün sonunca dəfə zəng çalınıb. Bu il ölkə üzrə 116 550 şagird 11-ci sinfi bitirir. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlandır.
Cari ildə işğaldan azad edilmiş ərazilərdə yerləşən, 11-də ilk dəfə olmaqla ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək və 171 məzun məktəblə vidalaşacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, “Son zəng” tədbiri səhər saat 8:00, 9:00 və ya 10:00-da başlayıb və ən geci 2 saat ərzində bitib.
Foto: Ramin Aslanov