"Xahiş edirəm, bulvarda çəkilişə icazə verin"

"Xahiş edirəm, bulvarda çəkilişə icazə verin"
375 dəfə oxunub
  • A-
  • A
  • A+

"Xahiş edirəm, mənə bulvarda çəkiliş üçün icazə verin. İcazə vermirlər. İcazə almaq lazımdır. Çox yaxşı işdir. Emil Bədəlovla duet oxumuşuq. İstəyirəm onu güclü layihə kimi çıxarım və qlobal edim".

Axşam.az xəbər verir ki, bu sözləri reper Dado Əliyev "Çənə" yutub layihəsində deyib. O bildirib ki, uzun müddətdir müğənni Emil Bədəlovla oxuduğu Bakı haqqında duetə klip çəkdirə bilmir. Sənətçi icazə almağa çalışdığını, amma mənfi cavabla üzləşdiyini əlavə edib:

"Ora İcra Hakimiyyəti də baxmır. Bulvara başqa nəzarət edirlər. İcazə çox çətindir. Hər yerdə icazə istəyirlər. İcazəsiz çəksək cərimələyərlər".

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Axşam.az (@axsamaz)