Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə karyerası boyunca rastlaşdığı çətinliklərdən danışıb.
Axşam.az xəbər verir ki, Nəsrin Türkiyədə izləyicilər tərəfindən heç də asan şəkildə qəbul edilmədiyini vurğulayıb:
"Aktrisa hər şeyin yolunda olduğunu deyirsə, demək, xülya görür. Əlbəttə ki, çox çətin idi. Fotolarımın altında hələ də "ölkənə qayıt" kimi şərhlər yazırlar. Xarici ölkədən olmağım, ana dilimin başqa dil olması da problem idi. Başlanğıcda fiziki görünüşlə bağlı gözləntiləri qarşılamamaq da bir mənfi idi. Mən hələ də özümü xarakteri olan aktrisa kimi görürəm. Baş rol almaq üçün müəyyən gözəllik standartlarına uyğun gəlməli idin.
Bugünkü dillə desək, mobbinq adlandıra biləcəyim çox hadisə yaşamışam. Bunu qadın rejissorlardan da görmüşəm. Qadının qadına etdiklərinin də bir gün danışılmasını istərdim. Aktyorları çox sevən, amma aktrisalara nifrət edən qadın rejissorlar tanıyıram. Çəkilişlərdə "çək o yekə ombanı gözümün qabağından" kimi cümlələr də eşitmişəm".
Qeyd edək ki, Nəsrin hazırda "Daha 17" serialında rol alır. Aktrisa bir müddət əvvəl ailə qurub.