Türkiyəli müğənni Sərdar Ortaç haqqında çıxan xəbərlərə münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, ifaçı səhhətinin pisləşməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
"Sərdar Ortaç çox xəstədir xəbərləri yalandır. Yetəri qədər yaxşıyam, konsertlərə davam" deyə, Ortaç bildirib.
Qeyd edək ki, bir müddət əvvəl türk mediasında yayılan xəbərlərdə Ortaçın uzun illərdir mübarizə apardığı MS xəstəliyi ilə bağlı vəziyyətinin ağırlaşdığı və bu səbəbdən konsertlərinin ləğv olunduğu yazılmışdı.
