Ulduzlar alleyasında artıq Bekhemin də adı var

Ulduzlar alleyasında artıq Bekhemin də adı var
94 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem “Şöhrət Xiyabanı”nda ulduza layiq görülən məşhurlar siyahısında yer alıb.

Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Təntənəli mərasim ABŞ millisinin 2026-cı il futbol üzrə dünya çempionatındakı ilk oyunu ərəfəsində keçirilib. Futbol mövzusuna uyğun olaraq, ənənəvi qırmızı xalça əvəzinə yaşıl xalça döşənib.

Bekhem çıxışı zamanı baş verənləri sürreal hiss adlandırıb. O bildirib ki, hər zaman böyük arzular qurub, lakin fəhlə ailəsindən çıxmış bir ingilis futbolçunun belə bir şərəfə layiq görüləcəyini heç vaxt təsəvvür etməyib.

Mərasimdə Bekhemin həyat yoldaşı Viktoriya Bekhem və yaxın dostu, aktyor Tom Kruz da çıxış ediblər. 

Mərasimdən sonra Bekhem və Tom Kruz Los Angeles şəhərində keçirilən ABŞ–Paraqvay matçını izləyiblər.