"Namizədi tapım, sonra toy edərəm. Deyirlər, pulun çoxdur, nə edirsən əri? Hə da, bir az da ər yesin, yığıb yığışdıra bilmirəm. Nə bilirsiniz, bəlkə pulum yoxdur deyə ərə getmək istəyirəm".
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə canlı yayımda deyib. Aktrisa ailə qurması haqda sualları cavablandırıb.
Pərvin "Xəyanət etmisən" sualına " O qədər... Özüm özümə çox xəyanət etmişəm. O qədər etməyəcəyəm dediyim şeyi etmişəm ki" cavabını verib.
Aktrisa keçmiş sevgilisi ilə bağlı yazılanlara isə "Keçmiş keçmişdi. Həyatımda olan insanın keçmişini qısqanmaram. Mənim üçün məndən öncə nə olub olub, vecimə deyil. Muradla (eks-polis işçisi Murad Abdullayev - red.) əlaqəm yoxdur" reaksiyasını verib.