Flora Kərimova ilə arxiv fotosunu paylaşdı

Flora Kərimova ilə arxiv fotosunu paylaşdı
272 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Nailə İslamzadə Xalq artisti Flora Kərimova ilə arxiv fotosunu paylaşıb. 

Axşam.az xəbər verir ki, aparıcı xəstəxanaya yerləşdirilən müğənniyə şəfa diləyib. 

"Bu şəkil çəkilən zaman televiziyaya yeni gəlmişdim, həm oxuyur, həm də işləyirdim. Flora xanımın da hələ heç bir fəxri adı yox idi. Amma onu sevən milyonlar var idi. Çünki əsl sənətkarın ən böyük adı da, ən böyük mükafatı da xalq sevgisidir. Xalqın sevimlisi, əziz Flora xanım! Allah sizə tezliklə şəfa versin" deyə, N.islamzadə paylaşımında yazıb. 

Qeyd edək ki, ötən gün F.Kərimovanın xəstəxanaya yerləşdirildiyi bildirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Axşam.az (@axsamaz)