Əməkdar artist Gülzar Qurbanova oğlu Yusiflə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aktrisa övladının ad günü olduğunu bildirib.
G.Qurbanva ailə fotolarını yayımlayaraq "Ad günün mübarək, oğlum! Sağlam, xoşbəxt ol. Həyat yolunda hər zaman sağlam əqidənə, təmiz əxlaqına, vicdanına söykənəsən. Mənəviyyatın ən uca zirvələrinə yüksələsən, insanlığınla, mərhəmətinlə, dürüstlüyünlə seçiləsən. Səni çox isyəyirik, Yusif. Allah bütün ballaları qorusun" sözlərini yazıb.
Qeyd edək ki, rejissor Elxan Cəfərovla ailəli olan aktrisanın Fidan adlı bir qız övladı da var.